Yaponiyada kəskin qış: Ölənlərin sayı 46-ya yüksəldi



Yaponiyada çətin qış şəraiti və intensiv qar yağışının səbəb olduğu bədbəxt hadisələrdə həyatını itirənlərin sayının 46-ya çatdığı bildirilib.

Yaponiyanın Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi (Şoboço) ölkə daxilində güclü qar yağışının yol açdığı qəzalarda ölənlərin sayının artdığını açıqlayıb. Məlumata görə, sərt qış şəraiti və intensiv qar yağışı nəticəsində son 21 gündə ölkə miqyasında 46 nəfər dünyasını dəyişib, 193-ü ağır olmaqla 558 nəfər isə yaralanıb.

Ən çox ölüm halı mövsüm şəraitinin kəskin təsirinə məruz qalan Yaponiya dənizi sahilində yerləşən Niigata əyalətində qeydə alınıb. Burada 17 nəfər həyatını itirib.

Yaponiya Meteorologiya Agentliyi (JMA) qar yağışı və fırtınanın təsirini davam etdirəcəyi, yolların buz bağlaması səbəbindən nəqliyyatda problemlərin yaşanacağı və damlardan qar kütlələrinin düşmə ehtimalı barədə xəbərdarlıq edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu