Fransa: Mask ABŞ-da federal qurumlar tərəfindən həddindən artıq subsidiyalaşdırılır
Fransa Prezidenti Emmanuel Makron amerikalı milyarder, iş adamı İlon Maskın ABŞ-da federal qurumlar tərəfindən həddindən artıq subsidiyalaşdırıldığını bildirib.
Emmanuel Makron Belçikanın Anvers şəhərində keçirilən Avropa Sənaye Sammitində çıxış edib. Makron Avropanın kritik minerallara investisiya qoymalı və bu sahədə strateji ehtiyatlar yaratmalı olduğunu qeyd edib. O bildirib ki, əgər avropalılar müdafiə, kosmik təhlükəsizlik, süni intellekt və kvant texnologiyaları kimi sektorlara kifayət qədər sərmayə qoymaq istəyirlərsə, bu, ortaq borclanma sistemi vasitəsilə reallaşa bilər.
Avropa xaricindəki həll yollarını maliyyələşdirməyi "dəlisovluq" adlandıran Makron, Çin və ABŞ-ın həm dövlət, həm də özəl sektora böyük sərmayələr qoyduğunu, Avropanın isə bu məsələdə geridə qaldığını müdafiə edib.
Hər kəsin peyk internet xidməti təmin edən "Starlink"ə heyran olduğunu qeyd edən Makron "Lakin açıq olmaq lazımdır ki, cənab Mask, ehtimal ki, subsidiyalaşdırılmaq üçün amerikalı vergi ödəyicilərinin milyardlarla dollarını dünyada cibində daşıyan adamlardan biridir. Mask ilk növbədə ABŞ-da federal qurumlar tərəfindən həddindən artıq subsidiyalaşdırılan bir adamdır. Bu yaxşı xəbərdir, o, son dərəce yenilikçi biridir" deyib.
ABŞ-ın proqnozlaşdırıla bilməyən bir iqtisadi gücə və idarəetməyə doğru sürükləndiyini iddia edən Makron, Çinin avtoritar bir rejim olduğunu vurğulayıb. Prezident qeyd edib ki, bütün bunların mərkəzində Avropa qanunun aliliyi və proqnozlaşdırıla bilənliyin hakim olduğu bir məkandır.

