İsveç Kanada və Yaponiyaya qədər kabel çəkməyi planlaşdırır


İsveç Kiruna şəhərindən Arktika buzları altından Şimali Amerikaya qədər fiber-optik kabellərin çəkilməsində fəal iştirak etmək niyyətindədir.

AFN.az xəbər verir ki, bununla bağlı SVT telekanalı məlumat yayıb. Bildirilir ki, "Polar Connect" layihəsi Avropa İttifaqında prioritet hesab olunub və dəyəri 21 milyard krondan (təxminən 2,35 milyard dollar) çoxdur.

Qoşulma nöqtələri İsveç, Norveç, Kanada, Alyaska ştatı, Yaponiya və Cənubi Koreya olacaq, ümumi uzunluğu 10,5 min kilometr olan sistemin 2030-cu ilə qədər istifadəyə verilməsi nəzərdə tutulur. Kabellər Kirunadan Norveç sahillərinə qədər quru yolu ilə, daha sonra su altı ilə Şpitsbergen vasitəsilə Asiya və Şimali Amerikaya qədər uzanacak.

Krallıq hökuməti artıq kabel sisteminin çəkilməsi, monitorinqi və xidməti üçün buzqıran gəminin inşası barədə qərar qəbul edib. İsveç bu məqsədlər üçün 118 milyon kron (təxminən 13,22 milyon dollar) ayırıb.

Layihə İsveç Tədqiqat Şurası, Qütb Tədqiqatları Katibliyi, "Nordunet" elmi-təhsil təşkilatları şəbəkəsi və rəqəmsal infrastruktur yaradılması ilə məşğul olan "Global Connect" şirkəti tərəfindən həyata keçirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu