KİV: ABŞ Avropanı köhnə dünya düzənini müdafiə etməməyə çağırıb


ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Münxen Təhlükəsizlik Konfransında avropalı müttəfiqlərinə qeyri-rəsmi şəkildə beynəlxalq nizamın yenidən nəzərdən keçirilməsi kursunu dəstəkləməyi gözlədiklərini bildiriblər.

AFN.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, ABŞ dövlət katibi Marko Rubionun ABŞ və Avropanın "ümumi taleyi" haqqındakı barışdırıcı ictimai ritorikasına baxmayaraq, Vaşinqtonun qapalı qapılar arxasındakı siqnalları kifayət qədər sərt olub.

Bildirilir ki, müttəfiqlər müdafiə imkanlarını daha aktiv şəkildə artırmalı və Amerikanın maraqlarına uyğun hərəkət etməlidirlər, əks halda ABŞ təkbaşına hərəkət etməyə hazır olacaq. "Politico" qeyd edir ki, ABŞ nümayəndələri "dəyərlər dünyasından" "maraqlar dünyasına" keçid barədə danışıblar.

Bəzi Avropa rəsmiləri Trampın hakimiyyətə qayıdışından sonra son çıxışların tonunun yumşalmasına rəğmən, Vaşinqtonun Avropa ilə münasibətlərə yanaşmasının mahiyyətcə dəyişməməsindən narahatlıqlarını ifadə ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu