Tramp: Tariflər sayəsində ölkənin ticarət kəsiri 78 faiz azalıb
ABŞ Prezidenti Donald Tramp digər şirkətlərə və ölkələrə tətbiq edilən gömrük rüsumları sayəsində ölkəsinin ticarət kəsirinin 78 faiz azaldığını irəli sürüb.
Tramp "Truth Social" hesabından tətbiq edilən gömrük rüsumları və bunların ölkənin ticarət balansına təsiri ilə bağlı paylaşım edib. Şirkətlərə və dövlətlərə tətbiq olunan tariflər sayəsində ABŞ-ın ticarət kəsirinin 78 faiz azaldığını iddia edən Tramp "Bu il, uzun illərdən sonra ilk dəfə müsbət səviyyəyə yüksələcək. Bu məsələyə göstərdiyiniz marağa görə təşəkkür edirəm!" – ifadələrini işlədib.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp ikinci prezidentlik dövründə Amerika istehsalat sektorunu canlandırmaq və qlobal ticarət balansını ABŞ-ın xeyrinə dəyişmək məqsədilə başda Çin olmaqla bir çox ölkəyə qarşı gömrük rüsumlarını artırıb.
