Nyu-Yorkda polisin qar topu atəşinə tutulması ilə bağlı araşdırma başladılıb



ABŞ-da Nyu-York Polis Departamentinin (NYPD) komissarı Cessika Tiş asayiş keşikçilərinin xidmət başında olduqları zaman izdihamlı bir qrup tərəfindən qar topu atəşinə tutulmasının cinayət tərkibli əməl olduğunu bildirərək, faktla bağlı təhqiqatın başladıldığını elan edib.

AFN.az-ın məlumatına görə, şəhərdə təsirli olan güclü qar yağışı və fırtınadan sonra Manhetten bölgəsindəki Vaşinqton Skver Parkda toplaşan yüzlərlə insanın iştirak etdiyi nəhəng qar topu savaşı bir müddət sonra parkda vəzifə yerinə yetirən NYPD əməkdaşlarına qarşı yönəlib.

Sosial mediada yayılan görüntülərdə uniformalı polislərin hədəf alındığı və onların üzərinə intensiv şəkildə qar toplarının atıldığı əks olunub. Kadrlarda bəzi polis nəfərlərinin üzərlərinə yağan qar zərbələri qarşısında geri çəkilmək məcburiyyətində qaldığı anlar da yer alıb.

NYPD komissarı Cessika Tiş "X" sosial media platformasındakı hesabından etdiyi açıqlamada görüntülərin araşdırıldığını qeyd edərək, "Nümayiş olunan bu davranış utancvericidir və bir cinayətdir" ifadələrini işlədib. Tiş hadisə ilə əlaqədar genişmiqyaslı araşdırmanın davam etdiyini diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu