İran Baş Qərargahı: İsrailə kömək edən hər bir ölkə hədəfimiz olacaq
İran Silahlı Qüvvələrinin Baş Qərargahı bölgədəki ölkələrə xəbərdarlıq edib.
AFN.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, İran Baş Qərargahı İsrailin hücumlarına dəstək verən və ya öz ərazisindən istifadəyə şərait yaradan hər bir dövlətin İranın birbaşa hədəfinə çevriləcəyini bəyan edib.
"Bölgədə İsrailə kömək edən istənilən ölkənin hərbi bazası bizim zərbə hədəfimiz olacaq", - deyə Baş Qərargah rəsmisi bildirib.
Xatırladaq ki, Yaxın Şərqdə hərbi gərginlik pik həddədir və tərəflər qarşılıqlı raket zərbələri endirməkdə davam edir.

