Tayland Yaxın Şərqdəki vətəndaşlarının təxliyəsi üçün hərəkətə keçib



Taylandın Baş naziri Anutin Çarnvirakul ABŞ və İsrailin İrana təşkil etdiyi hücumlardan sonra regionda artan gərginlik səbəbindən Yaxın Şərqdəki vətəndaşlarının təxliyə edilməsi barədə göstəriş verib.

AFN.az xəbər verir ki, "Bangkok Post" qəzetinin yaydığı məlumata görə, Baş nazir bölgədəki Tayland vətəndaşlarının təhlükəsiz şəkildə ölkəyə qaytarılması üçün lazımi addımların atılmasına start verib.

O, xüsusilə İranİsraildə olan vətəndaşlar üçün xüsusi təxliyə uçuşlarının təşkil ediləcəyini və Tayland Kral Hərbi Hava Qüvvələrinin bu proses üçün hazırlıq vəziyyətinə gətirildiyini qeyd edib. Tayland Xarici İşlər Nazirliyi Yaxın Şərqdə yaşayan həmvətənlərindən evlərini tərk etməməyi və səfirliklərin rəsmi açıqlamalarını yaxından izləməyi xahiş edib.

Nazirlik həmçinin vətəndaşlarına müraciət edərək, regionda sabitlik bərpa olunana qədər Yaxın Şərq ölkələrinə səyahət etməkdən çəkinməyi tövsiyə edib. Səlahiyyətli şəxslər təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə idarə olunduğunu bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu