Dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm - Qurban Qurbanov (VİDEO)


"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının "Sabah"la keçirilən qarşılaşmasından sonra baş verən gərginlik barədə danışıb.

AFN.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransı zamanı rəqib həmkarı ilə aralarında olan söhbətin detallarını açıqlayıb.

Qurbanovun sözlərinə görə, qarşı tərəfin məşqçilər korpusunda yer alan köməkçilərdən birinin etikadan kənar hərəkəti narazılığa səbəb olub. "Qarabağ"ın çalışdırıcısı rəqib komandanın baş məşqçisinə həmin şəxsin bütün heyətdən üzr istəməli olduğunu çatdırıb: "O da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu