Rusiya Mərkəzi Bankı Avropa Birliyini məhkəməyə verdi



Rusiya Mərkəzi Bankı dondurulmuş aktivləri ilə bağlı Avropada məhkəmə iddiası qaldırıb

Rusiya Mərkəzi Bankı dondurulmuş aktivlərinə görə Avropa Birliyi (AB) əleyhinə Avropa Ədalət Məhkəməsində iddia qaldırdığını açıqlayıb.

AFN.az xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən bəyanatda AB-nin Rusiya aktivlərini müddətsiz dondurmaq qərarına qarşı atılan addımla bağlı məlumatlar yer alıb. Sözügedən qərarın beynəlxalq müqavilələri və mülkiyyətin toxunulmazlığı kimi prinsipləri pozduğuna işarə edilən açıqlamada, bu səbəbdən Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsində AB əleyhinə iddia qaldırıldığı qeyd edilib.

Məlumatda vurğulanıb ki, AB-nin bu mübahisəli qərarı birliyin üzvləri tərəfindən yekdilliklə deyil, səs çoxluğu ilə qəbul edilib və bu hal prosedur qaydalarının pozulması deməkdir. Xatırladaq ki, AB Şurası 12 dekabr 2025-ci il tarixli qərarı ilə Rusiya aktivlərinin müddətsiz dondurulmasını təsdiqləmişdi.

Rusiya Mərkəzi Bankı dondurulmuş aktivləri səbəbindən dəymiş zərərin Avropa banklarından ödənilməsi üçün Rusiya arbitraj məhkəməsində də iddia qaldırıb. Bank Belçika mərkəzli "Euroclear" qurumundan 18,2 trilyon rubl (təxminən 235 milyard dollar) təzminat tələb edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu