"QatarEnergy" kimya, neft-kimya və yan sənaye məhsullarının istehsalını dayandırdı
Qətərin dövlət enerji şirkəti "QatarEnergy" mayeləşdirilmiş təbii qaz (LNG) və əlaqəli məhsulların istehsalını dayandırmaq qərarından sonra ölkədəki bəzi alt məhsulların istehsalını da təxirə saldığını bəyan edib.
AFN.az xəbər verir ki, şirkətdən verilən açıqlamada Qətərdə istehsal olunan bəzi neft-kimya və sənaye məhsullarının istehsalının müvəqqəti dayandırılacağı, bu çərçivədə karbamid, polimerlər, metanol, alüminium və digər bəzi məhsulların istehsalının dondurulacağı qeyd edilib.
Açıqlamada sözügedən qərarın daha əvvəl LNG və əlaqəli məhsulların istehsalının dayandırılmasına dair qəbul edilmiş qərarın davamı olduğu bildirilib. "QatarEnergy" bütün tərəfdaşları ilə olan münasibətlərinə önəm verdiyini vurğulayaraq, hadisələrlə bağlı ən son məlumatları paylaşmağa davam edəcəyini ifadə edib.
Şirkət istehsalın nə qədər müddətə dayandırılacağına və müəssisələrin yenidən işə salınması qrafikinə dair hər hansı təfərrüat paylaşmayıb.




