Mers Trampa ABŞ və Prussiya arasındakı ticarət müqaviləsinin surətini hədiyyə edib
Almaniya kansleri Fridrix Mers Aİ və ABŞ arasındakı tarif münaqişəsi fonunda Amerika lideri Donald Trampa 1785-ci ildə ABŞ və Prussiya arasında bağlanmış dostluq və ticarət müqaviləsinin surətini hədiyyə edib.
AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, Mers mətbuat konfransında bildirib ki, bu, ABŞ-ın "üçüncü ölkə" ilə imzaladığı ilk beynəlxalq ticarət sazişi olub.
Kansler Trampdan ticarət ixtilaflarını tez bir zamanda həll etməyi xahiş edib. Onun sözlərinə görə, tətbiq edilən gömrük rüsumlarının yaratdığı qeyri-müəyyənlik Atlantik okeanının hər iki tərəfində sənayeyə ziyan vurur.
