"Hizbullah" Hayfada İsrail hərbi-dəniz bazasına hücum edib


Livanın "Hizbullah" qruplaşması Aralıq dənizi sahilindəki Hayfa şəhərində yerləşən İsrail hərbi-dəniz bazasına bir neçə raketlə zərbə endirib.

AFN.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı rəsmi bəyanatda bildirilir.

Məlumata görə, bəyanatda Hayfa bazasının raket atəşinə tutulduğu təsdiqlənib. Bundan əlavə, "Hizbullah" İsrail əsgərlərinin cəmləşdiyi Kfar-Yuval yaşayış məntəqəsi istiqamətinə də bir neçə raket atdığını iddia edib.

Hücumlar nəticəsində dəyən ziyan və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu