Hizbullah lideri Hayfa sakinlərinə gözlənilən hücumla bağlı xəbərdarlıq edib


Şiə Hizbullah partiyasının baş katibi Həsən Nəsrullah İsrailə qarşı hərbi əməliyyatların miqyasının genişləndiyini və sərhəddən xeyli aralıda yerləşən əhalinin məskunlaşdığı ərazilərə hücumlar təşkil edildiyini açıqlayıb.


O, bunu tərəfdarlarına televiziya ilə müraciətində deyib. Şiə siyasətçinin çıxışını "Əl Manar" telekanalı yayımlayıb. "Hayfa sakinləri bizim pilotsuz təyyarələrimizin Nahariyadakı düşmən hərbi bazasına hücumundan sonra istənilən ssenariyə hazır olmalıdırlar" - deyə Həsən Nəsrullah bildirib. Onun sözlərinə görə, Hizbullahın pilotsuz təyyarələri çərşənbə axşamı Hayfa körfəzində yerləşən Akko şəhərinin şərq kənarlarına çatıb.

Bundan əvvəl Hizbullahın silahlı qanadı yaydığı bəyanatda şiə milislərinin kamikadze pilotsuz təyyarələrinin Nəhariyyədəki 621-ci xüsusi təyinatlı “Egoz” batalyonunun bazasına zərbələr endirdiyini və Qolani motoatıcı briqadasının kazarmalarına hücum etdiyini bildirib.

Nəsrullah çıxışında İsrail hökumətinin Qəzza zolağında müharibəyə son qoymadan Fələstin ərazisini ilhaq etmək məqsədi ilə İordan çayının qərb sahilində hərbi əməliyyatlara başladığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu