Yəmən husiləri Hayfa limanında gəmilərə hücum edib
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husi üzvləri Hayfa limanında olan üç gəmiyə pilotsuz təyyarələrlə zərbələr endirib.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
Onun sözlərinə görə, hücuma məruz qalan üç gəmidən ikisi hərbi texnika daşıyırmış. Sarianın sözlərinə görə, bu gəmilərə hücumu “Ənsar Allah” hərəkatı İraqın İslami Müqaviməti şiə qruplaşması ilə birgə həyata keçirib. Qrupun Husi əməliyyatlarında iştirakı barədə əvvəllər məlumat verilməyib.
Daha bir gəmi işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğuna görə vurulub.