İran hücumlara 500-dən çox raketlə cavab verib


İran ABŞ və İsrailin hücumlarına cavab olaraq 500-dən çox ballistik raket və 2 mindən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper komandanlığın X hesabında yayılan video çıxışında bildirib: "İndiyədək İran rejimi cavab olaraq 500-dən çox raket və 2 mindən çox dron istifadə edib". Kuper əlavə edib ki, İranın zərbə endirmə imkanları getdikcə azalır, ABŞ-ın döyüş potensialı isə əksinə, artmaqda davam edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu