Xamnei ilə vida mərasimi bu gündən başlayacaq


İranın mərhum Ali Lideri Ayətullah Əli Xamnei ilə rəsmi vidalaşma tədbirlərinin vaxtı açıqlanıb.

AFN.az xəbər verir ki, İran hökumətinin yaydığı rəsmi məlumata görə, matəm mərasimləri bu gündən etibarən start götürəcək və ümumilikdə üç gün davam edəcək.

Mərasimin Bakı vaxtı ilə bu axşam saat 22:30-da başlanması planlaşdırılır. Verilən məlumatlara görə, mərhum lider doğulduğu Məşhəd şəhərində torpağa tapşırılacaq.

Xatırladaq ki, Əli Xamnei fevralın 28-də Tehrana endirilən hava zərbələri nəticəsində həyatını itirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu