Pakistan: Əməliyyatlarda Əfqanıstan tərəfdən 481 nəfər ölüb
Pakistan qarşılıqlı hücumların davam etdiyi Əfqanıstana qarşı həyata keçirilən əməliyyatlar zamanı Kabil tərəfindən ümumilikdə 481 nəfərin həyatını itirdiyini, yaralı sayının isə 696-nı keçdiyini bəyan edib.
AFN.az xəbər verir ki, Pakistanın İnformasiya naziri Attaullah Tarar sosial media hesabı vasitəsilə verdiyi açıqlamada əməliyyatların gedişatı barədə statistik məlumatları paylaşıb. Nazir qeyd edib ki, hərbi fəaliyyətlər nəticəsində Əfqanıstan tərəfinə məxsus 226 nəzarət-buraxılış məntəqəsi ilə yanaşı, 198 tank, zirehli maşın və artilleriya silahı məhv edilib.
Tarar həmçinin Əfqanıstan ərazisindəki 35 nəzarət məntəqəsinin Pakistan qüvvələri tərəfindən ələ keçirildiyini diqqətə çatdırıb.
