Kanada Alyaskada ilk konsulluğunu açır
Kanada hökuməti Alyaska ştatının ən böyük şəhəri olan Ankoricdə konsulluq açmaq barədə qərar qəbul edib.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Ottavada keçirilən təhlükəsizlik konfransında ölkənin xarici işlər naziri Anita Anand məlumat verib. Nazir çıxışında Kanadanın diplomatik şəbəkəsini genişləndirdiyini, bu ilin fevralında Qrenlandiyanın paytaxtı Nuuk şəhərində də konsulluq açıldığını xatırladıb.
Hazırda Kanadanın ABŞ-da 13 baş konsulluğu və Vaşinqtonda səfirliyi fəaliyyət göstərsə də, Alyaskada indiyədək heç bir rəsmi təmsilçiliyi mövcud olmayıb. Bu addım Şimal regionunda diplomatik və iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.



