ABŞ və Venesuela diplomatik əlaqələri bərpa edir
Amerika Birləşmiş Ştatları ilə Venesuela diplomatik və konsulluq əlaqələrinin yenidən qurulması məsələsində ortaq məxrəcə gəliblər.
AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamenti tərəfindən verilən rəsmi açıqlamada Venesuelanın keçid dövrü rəsmiləri ilə münasibətlərin bərpasına dair razılığın əldə edildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, atılan bu addım Venesuelada sabitliyin təşviqi, iqtisadi dirçəlişin dəstəklənməsi və siyasi anlaşmanın irəlilədilməsi istiqamətindəki birgə səyləri asanlaşdıracaq.
Həmçinin vurğulanıb ki, hazırda əsas diqqət Venesuela xalqının demokratik yolla seçilmiş hökumətə dinc keçidi üçün zəruri şəraitin yaradılmasına yönəldilib.
Bu razılaşma hər iki ölkə arasında uzun müddətdir davam edən diplomatik gərginliyin azaldılması istiqamətində mühüm addım hesab olunur.
