Hersoq: İsrail İrana qoşun yeritməyi planlaşdırmır


İsrail prezidenti İshak Hersoq ölkəsinin İranda hər hansı quru əməliyyatı keçirmək niyyətində olmadığını bildirib.

AFN.az xəbər verir ki, o bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.

İsrailin İran ərazisinə qoşun yeridib-yeritməyəcəyi ilə bağlı sualı cavablandırarkən İ.Herqos qısa və qəti şəkildə cavab verib: "Xeyir". Dövlət başçısı həmçinin əlavə edib ki, ABŞ-ın da İrana quru qoşunları göndərəcəyini düşünmür.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu