İsrail İrana güc tətbiqini istisna etmir

İsrail hakimiyyəti dövlətin təhlükəsizliyi naminə İranın nüvə proqramı ilə bağlı məsələnin "istənilən vaxt" güc tətbiqi ilə həllini istisna etmir.
AFN.az xəbər verir ki, bu barədə TASS agentliyinə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Hendelman bildirib.
“İsrail, iştirakçısı olmadığı razılaşmalarla bağlı öhdəlik daşımır və öz təhlükəsizliyi naminə istənilən vaxt və istənilən yerdə hərəkət etməyə hazırdır,” – deyə o, İranla bağlı güc tətbiqinə dair sualı cavablandırarkən bildirib.
Bundan əvvəl "ABC News" telekanalı mənbələrə istinadla xəbər vermişdi ki, İsrail yaxın günlərdə İrana hərbi zərbə endirə bilər.