Qanunsuz saxlanılan silahlar aşkar edildi: 4 avtomat, 14 tüfəng



Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu haqda DİN məlumat yayıb.

Bildirilib ki, martın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 qumbara, 4 alışdırıcı, 14 tüfəng, 3 patron darağı və 91 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Nazirlikdən verilən məlumata görə, qanunsuz silahların dövriyyəsinə qarşı mübarizə tədbirləri kəsintisiz olaraq davam etdiriləcəkdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu