Müctəba Xamneyi xalqa müraciət etdi


İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamneyi xalqa müraciət edib.

AFN.az "Tasnim"ə istinadən xəbər verir ki, o, yeni Ali Lider seçilməsi xəbərini İslam televiziyası vasitəsilə öyrəndiyini, Seyid Ruhullah Xomeyni və Ayətullah Əli Xamneyidən sonra bu vəzifəni tutmağın onun üçün çətin olacağını bildirib.

M.Xamneyi bu çətin günlərdə xalqı bir olmağa çağırıb.

O həmçinin müharibənin davam etdiyi müddətdə Hörmüz boğazının bağlı qalmalı olduğunu qeyd edib. Müctəba Xamneyinin fikrincə, Tehran Yaxın Şərqdəki münaqişədə Hörmüz boğazını bir vasitə kimi istifadə etməlidir.

Yeni Ali Lider Yaxın Şərq ölkələrini regiondakı ABŞ bazalarını ən qısa zamanda bağlamağa çağırıb. O, Yaxın Şərq ölkələrinin rəhbərlərinə müraciət edərək, Tehranın konstruktiv münasibətlərə ümid bəslədiyini bəyan edib.

Xamneyi ABŞ və İsraillə qarşı müharibədə həlak olan şəhidlərin qanının alınacağını bildirib, ölkəsinin münaqişə zamanı vurulmuş zərərə görə maddi kompensasiya gözlədiyini diqqətə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu