BƏƏ-də İran hadisələri ilə bağlı 19 Hindistan vətəndaşı həbs edilib


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti Yaxın Şərqdəki hərbi münaqişə fonunda sosial şəbəkələrdə ölkədəki vəziyyətlə bağlı provokasiya xarakterli videolar paylaşan 19 Hindistan vətəndaşını həbs edib.

AFN.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.

Ötən həftənin sonunda ümumilikdə 45 nəfər İranın BƏƏ ərazisinə atdığı raketlərin qarşısının alınması, hücumlar nəticəsində yaranan yanğınlar, dağıntılar və əhali arasındakı panika görüntülərini yaydıqlarına görə saxlanılıb. Həbs olunanlar arasında Hindistan vətəndaşları ilə yanaşı, yerli sakinlər, Misir, Nepal, Pakistan və Filippin vətəndaşları da var. BƏƏ Prokurorluğu həmin şəxsləri həm real görüntüləri, həm də süni intellekt vasitəsilə hazırlanmış saxta məzmunları paylaşaraq cəmiyyətdə xof yaratmaqda və daxili sabitliyi pozmaqda ittiham edir. Bundan əlavə, təqsirləndirilən şəxslərə qarşı "təcavüzkar dövlətin hərbi hərəkətlərini və rəhbərliyini təbliğ etmək" ittihamı da irəli sürülüb.

BƏƏ-nin Baş prokuroru Həməd Seyf əş-Şamsi müxtəlif millətlərdən olan şəxslərin dindirildiyini təsdiqləyib. Qanunvericiliyə görə, bu əməllərə görə onları bir ilə qədər həbs və ya 100 min dirhəm (təxminən 27,2 min dollar) məbləğində cərimə gözləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu