İran XİN: ABŞ Tehrana hücumlar üçün digər ölkələrin ərazisindən istifadə edir


ABŞ İslam Respublikasına qarşı hərbi əməliyyatlarda qonşu ölkələrin ərazilərindən istifadəni dayandırmır və bu səbəbdən Tehran həmin hədəflərə zərbələr endirir.

AFN.az SNN telekanalına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib. Bəqai region ölkələrinə əvvəlcədən xəbərdarlıq edildiyini vurğulayıb: "Biz aylardır bölgə ölkələrindən öz ərazilərini İrana hücum üçün istifadəyə verməməyi xahiş edirdik. Lakin son 16-17 gün ərzində ABŞ-ın regiondakı hərbi bazalarından və obyektlərindən bizə qarşı təcavüzkar əməliyyatların planlaşdırılması üçün fəal istifadə edildiyini müşahidə edirik".

XİN rəsmi əlavə edib ki, İran qonşu dövlətlərlə düşmənçilik münasibətində deyil və onlarla əlaqələrin pisləşməsini istəmir. Onun sözlərinə görə, İranın hücumları yalnız ABŞ-a məxsus hərbi obyektləri hədəf alır və bu, həmin ölkələrin suverenliyinin pozulması kimi qiymətləndirilməməlidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu