Belçika ABŞ və İsrailin İrana hücumlarında iştirak etməyəcək



Belçikanın Baş naziri Bart De Vever federal hökumətin ABŞ və İsrailin İrana hücumlarında iştirak etməmək mövqeyində olduğunu bildirib.

AFN.az xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə, De Vever Brüsseldə jurnalistlərin Hörmüz boğazında mümkün hərbi əməliyyatla bağlı suallarını cavablandırıb.

De Vever qeyd edib ki, NATO müttəfiqlərindən və ya bölgədəki digər ölkələrdən hər hansı bir tələb gələcəyi təqdirdə bu məsələ yenidən müzakirə oluna bilər. O, həmçinin Avropanın Rusiya ilə münasibətləri normallaşdırması barədə əvvəlki çıxışlarına gələn reaksiyalara da toxunub. Baş nazirin fikrincə, normallaşma yalnız Aİ və Ukrayna tərəfindən qəbul edilən sülh sazişindən sonra mümkündür.

De Vever vurğulayıb ki, "Hər müharibədən sonra məqsəd sülhdür. Əlbəttə sonsuza qədər düşmən qalmaq istənməz". O, Avropanın yenidən silahlanmasının və şərq cinahının güclənməsinin vacibliyini qeyd edərək, Rusiya ilə danışıqların Ukraynanı tərk etmək mənasına gəlmədiyini bildirib.

Xatırladaq ki, 14 martda etdiyi açıqlamada De Vever Avropanın ucuz enerjiyə yenidən çıxış əldə etməli olduğunu və digər liderlərin bu fikri dilə gətirməyə cəsarət etmədiyini söyləmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu