Daha bir ölkə Fələstin dövlətini tanıyıb
Belçika Fələstini dövlət kimi tanıyan ölkələr sırasına qoşulub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Bart De Vever BMT Baş Assambleyasının Nyu-York sessiyası çərçivəsində bildirib.
De Vever vurğulayıb ki, Belçika həmişə iki dövlət prinsiplərini müdafiə edib və bu gün Nyu-York Bəyannaməsinin imzacılarına qoşularaq Fələstinə dəstəyini nümayiş etdirib: “Yalnız belə bir qərar İsrail və Fələstin sakinlərinin sülh və təhlükəsizlik içində yaşamasına imkan verəcək”.
Baş nazir əlavə edib ki, İsrail liderlərinin, o cümlədən Benyamin Netanyahu-nun “Fələstin dövləti olmayacaq” açıqlamaları bu dəstəyin vacibliyini daha da artırır. Belçika bu qərarla dünyaya güclü siyasi mesaj göndərir.
