ABŞ kəşfiyyatı: İran rəhbərliyi hücumlara baxmayaraq nəzarəti gücləndirir
ABŞ kəşfiyyat bölmələrinin qiymətləndirmə hesabatlarına əsasən, İsrail və ABŞ-ın İrana yönəlik hücumlarına rəğmən, Tehrandakı hakimiyyətin daha sərt bir struktura çevrildiyi iddia edilib.
AFN.az xəbər verir ki, "Washington Post" qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, hücumlar İranın güc iyerarxiyasında nəzərəçarpan bir çat yaratmayıb.
Mənbələr bildirir ki, İrana qarşı hücumlar ölkəni hərbi cəhətdən zəiflətsə də, bu vəziyyət idarəetmədə parçalanma yaratmaq əvəzinə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altında gücün cəmləşməsinə səbəb olub. Beləliklə, Tehranda daha sümükləşmiş bir idarəetmə modeli formalaşmaqdadır.
İranın strateji su yolları üzərindəki təzyiqinin qlobal neft bazarlarına təsir etdiyini bildirən mənbələr, Tehranın əlindəki pilotsuz uçuş aparatları (PUA) və məhdud raket ehtiyatından Hörmüz boğazındakı hərəkətliliyə nəzarət etmək üçün istifadə etdiyini iddia ediblər.
Mənbələr həmçinin vurğulayır ki, bölgədəki ABŞ müttəfiqi olan ölkələr münaqişənin uzanması və birbaşa İranın qisasına məruz qalmaları səbəbindən Vaşinqtona qarşı narazıdırlar. Region ölkələrinin mülki infrastrukturunun ciddi risk altında olduğu kəşfiyyat təhlillərində xüsusi qeyd olunub.
