"Hizbullah" telekanalının direktoru Beyrutda öldürülüb


"Hizbullah" təşkilatına məxsus "Al Manar" telekanalı özünün siyasi proqramlar direktoru Məhəmməd Şarinin İsrailin Beyruta endirdiyi raket zərbəsi nəticəsində həlak olduğunu açıqlayıb.

Telekanalın yaydığı rəsmi bəyanatda bildirilir ki, tanınmış teleaparıcı və jurnalist Məhəmməd Şari həyat yoldaşı ilə birlikdə paytaxtın Zukaq əl-Blat rayonundakı çoxmənzilli binaya endirilən zərbə nəticəsində ölüb.

Hadisə zamanı Şarinin övladları və nəvələri də müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. "Al Manar" rəhbərliyi həmkarının onilliklər ərzində "müqavimət qüvvələrinin" səsi olduğunu və peşəkar jurnalist kimi fəaliyyət göstərdiyini vurğulayıb.

BMT-nin hesabatlarına görə, 2023-2024-cü illər ərzində Livan ərazisində davam edən hərbi münaqişə nəticəsində ən azı 10 jurnalist həlak olub, 15-i isə yaralanıb. Həlak olanlar arasında "Reuters", "AFP" və "Al Jazeera" kimi beynəlxalq media qurumlarının əməkdaşları da var.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu