Qətər: İran bütün qırmızı xətləri keçib
Qətər İranın region ölkələrinə qarşı hücumlarını amansız adlandıraraq Tehranın bütün qırmızı xətləri keçdiyini bildirib.
AFN.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda son iki gün ərzində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) enerji obyektlərinin İran tərəfindən hədəf alınması ən kəskin şəkildə pislənilib. Sənəddə sözügedən hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu, eyni zamanda qlobal enerji təhlükəsizliyi, gəmiçilik və ətraf mühit üçün ciddi təhlükə yaratdığı qeyd edilib.
İranın bölgədəki ölkələrə qarşı həyata keçirdiyi bu amansız hücumların mülki şəxsləri, mülki infrastrukturu və həyati əhəmiyyətli obyektləri hədəf alaraq bütün qırmızı xətləri keçdiyi vurğulanan bəyanatda, regionu bu əsassız hücumların nəticələrindən qorumağın vacibliyi diqqətə çatdırılıb. Həmçinin, regional və beynəlxalq təhlükəsizliyin, eləcə də sabitliyin yenidən bərqərar olması üçün gərginliyi azaltmağa çalışmağın zəruriliyi ifadə edilib.
Açıqlamanın sonunda Qətərin qardaş ölkələrlə tam həmrəylik içində olduğu, onların suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün atdıqları bütün addımları dəstəklədiyi bir daha təkrarlanıb.
