Aİ nüvə texnologiyalarına 330 milyon avro ayırır



Avropa İttifaqı nüvə sintezienerjisi və nüvə texnologiyaları ilə yanaşı, bu sahədəki insan resurslarını dəstəkləmək üçün 330 milyon avro məbləğində vəsait ayıracaq.

AFN.az xəbər verir ki, Avropa Komissiyası 2026-2027-ci illəri əhatə edən Avropa Atom Enerjisi Birliyinin (Euratom) Tədqiqat və Təlim Proqramının qəbul edildiyini açıqlayıb. Proqramın nüvə tədqiqatlarını və innovasiyaları dəstəkləməklə Aİ-nin enerji müstəqilliyini, rəqabət qabiliyyətini və texnoloji liderliyini artırmağı hədəflədiyi bildirilir. Aİ-nin 2050-ci ilə qədər karbon-neytral olmaq hədəfi çərçivəsində hazırlanan bu proqramın təmiz enerji texnologiyalarının inkişafına mühüm töhfə verəcəyi qeyd olunur.

Açıqlamaya görə, proqram çərçivəsində nüvə sintezienerjisinin laboratoriya mərhələsindən elektrik şəbəkəsinə daşınması üçün 222 milyon avro investisiya qoyulacaq. Bu məqsədlə kommersiya baxımından tətbiqi mümkün olan nüvə sintezi texnologiyalarının inkişaf etdirilməsi və Avropada güclü tədarük zəncirinin yaradılması üçün yeni dövlət-özəl tərəfdaşlığı təsis ediləcək.

Nüvə sintezi sahəsinə isə proqram çərçivəsində 108 milyon avro vəsaitin ayrılacağı diqqətə çatdırılıb. Bu fond radioaktiv tullantıların təhlükəsiz idarə olunması, radiasiyadan mühafizə, nüvə materialları innovasiyası və mövcud nüvə stansiyalarının uzunmüddətli təhlükəsiz istismarı kimi sahələrdə aparılan tədqiqatlara dəstək verəcək. Proqramın prioritetləri sırasında kiçik modulyar reaktorlar (SMR), təkmilləşdirilmiş reaktor texnologiyaları və nüvə yanacaqları üzrə işlərin də yer alacağı ifadə edilib.

Nüvə sahəsində mütəxəssis kadr bazasının genişləndirilməsinin vacibliyini vurğulayan Avropa Komissiyası, bu istiqamətdə təqaüd proqramları kimi mexanizmlərlə yeni istedadlara dəstək veriləcəyini qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu