Dünyada ilk sintez elektrik stansiyası tikilir


ABŞ-da yerləşən nüvə sintezi üzrə startap şirkəti "Helion Energy" dünyanın ilk sintez elektrik stansiyasının tikintisi üçün 425 milyon dollar investisiya alıb.


"OpenAI" qurucusu Sam Altman tərəfindən də dəstəklənən şirkət təmiz və qeyri-məhdud enerji istehsal etməyi hədəfləyir.

Vaşinqton əyalətinin Everett şəhərində ən son prototipini təqdim edən "Helion Energy" investisiya turundan sonra 5,2 milyard dollar dəyər qazanıb. Şirkət 2028-ci ilə qədər kommersiya miqyaslı nüvə sintezi elektrik stansiyası tikməyi planlaşdırır.

"Helion"un sərmayəçilərindən Sam Altman gələcəkdə süni ümumi intellektin (AGI) insan səviyyəsini aşması üçün böyük miqdarda enerjiyə ehtiyac olacağını ifadə edərək, sintez enerjisinin bu ehtiyacı ödəyə biləcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu