ABŞ Macarıstan və Slovakiya ilə nüvə əməkdaşlığı sazişi imzalayıb



ABŞ-ın Macarıstan və Slovakiya hökumətləri ilə nüvə əməkdaşlığını nəzərdə tutan sazişlər imzalayaraq regiondakı təhlükəsizlik maraqlarını gücləndirməyi hədəflədiyi açıqlanıb.

ABŞ Dövlət Departamentindən verilən məlumatda 15-16 fevral tarixlərində Slovakiya və Macarıstana rəsmi səfər edən Dövlət katibi Marko Rubionun təmasları çərçivəsində əldə olunmuş razılaşmalara yer verilib. Açıqlamada bildirilir ki, ABŞ-ın nüvə enerjisi texnologiyaları ilə Mərkəzi Avropada yeni nüvə elektrik stansiyalarının inşa edilməsi və regiondakı təhlükəsizlik maraqlarının möhkəmləndirilməsi məqsədilə konkret addımlar atılıb.

Bu təşəbbüslərin regionun enerji təhlükəsizliyini yaxşılaşdırmaq, sənaye potensialını artırmaq və süni intellekt kimi inkişaf etməkdə olan texnologiyalarda rəqabət qabiliyyətini dəstəkləmək hədəflərinə zəmin hazırladığı vurğulanıb. Qeyd edilib ki, Slovakiya ilə ABŞ arasındakı müqavilə reaktor layihəsinin tikintiöncəsi mərhələsinə başlamağı hədəfləyir.

Açıqlamada həmçinin Macarıstan ilə ABŞ arasında imzalanan sazişin nüvə sahəsində geniş əməkdaşlığa yol açacağı ifadə olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu