ABŞ Venesueladakı səfirliyinin fəaliyyətinin mərhələli şəkildə bərpa edir


ABŞ Dövlət Departamenti Venesueladakı səfirliyinin fəaliyyətini mərhələli şəkildə bərpa etdiyini və artıq bu respublikanı səyahət üçün ən təhlükəli ölkələr siyahısına daxil etmədiyini bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin yaydığı bildirişdə deyilir. "2026-cı ilin yanvar ayında Dövlət Departamenti Venesueladakı səfirliyin fəaliyyətinin mərhələli şəkildə bərpasına başlayıb. Boqotadakı (Kolumbiya) ABŞ səfirliyində Venesuela ilə məşğul olan şöbə, Karakasdakı ABŞ səfirliyinin fəaliyyəti tam bərpa olunana qədər Venesuelada məsafədən diplomatik missiya funksiyalarını yerinə yetirməyə davam edəcək".

İndi Venesuela ABŞ vətəndaşlarına səfər planlarını yenidən nəzərdən keçirmək tövsiyə olunan dövlətlər siyahısına daxil edilib. Qurum hesab edir ki, Venesuelada xüsusilə qanunsuz saxlanılma və iğtişaşlarla bağlı risklər azalıb. Bununla belə, Dövlət Departamenti hesab edir ki, respublikaya səfərlər cinayətkarlıq, qaçırılma ehtimalı, terror aktlarının törədilməsi, habelə səhiyyə sisteminin qeyri-qənaətbəxş vəziyyəti səbəbindən hələ də təhlükəli olaraq qalır.

Martın əvvəlində Vaşinqton administrasiyası ABŞ və Venesuelanın ikitərəfli diplomatik və konsulluq münasibətlərini bərpa etmək barədə razılığa gəldiklərini bəyan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu