"Mehr": İran Dieqo-Qarsiya adasına ballistik raketlərlə hücum etdiyini təsdiqləyib
İran hakimiyyəti Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən birgə Britaniya-ABŞ bazası istiqamətində iki ballistik raket buraxdıqlarını təsdiqləyib.
AFN.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilir ki, bu, ABŞ-la qarşıdurmada "əhəmiyyətli addım" hesab olunur. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.
Bundan əvvəl "The Wall Street Journal" qəzeti bildirmişdi ki, ABŞ hərbçiləri raketlərdən birini zərərsizləşdirmək üçün "SM-3" raketi göndərib.
