İraqdakı radikallar ABŞ səfirliyinə hücum etməmək öhdəliyinin müddətini uzatdı
İraq ərazisində fəaliyyət göstərən şiə qruplaşmalarının daxil olduğu "İraqda İslam Müqaviməti" alyansı, ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etməmək barədə götürdükləri öhdəliyi daha beş gün müddətinə uzatdıqlarını elan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə alyansın xüsusi bəyanatında bildirilir.
Qeyd edək ki, radikallar ilk belə atəşkəs qərarını martın 19-da, Ramazan bayramı ərəfəsində qəbul etmişdilər.




