Bağdad hava limanına raket hücumu: Yaralılar var



İraqın paytaxtı Bağdadda yerləşən Bağdad Beynəlxalq Hava Limanına raket hücumu edilib.

AFN.az xəbər verir ki, axşam saatlarında baş verən hücum zamanı raketlərdən biri hava limanı ərazisində yerləşən İraq Terrorla Mübarizə Bölməsinin qərargahına düşüb və nəticədə 5 təhlükəsizlik əməkdaşı yaralanıb.

Təhlükəsizlik mənbələri yaralıların dərhal xəstəxanaya çatdırıldığını bildirsə də, onların sağlamlıq vəziyyəti barədə ətraflı məlumat paylaşmayıblar. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu