Umerov ABŞ ilə danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib
Ukrayna və ABŞ nümayəndə heyətlərinin Mayamidə keçirilən görüşü mövqelərin razılaşdırılmasında irəliləyişlə nəticələnib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov öz Telegram kanalında məlumat verib.
"Floridada davamlı sülhə nail olmaq məqsədilə ABŞ tərəfi ilə aparılan danışıqların növbəti mərhələsi başa çatdı. Görüşlərdə əsas diqqət etibarlı təhlükəsizlik zəmanətləri və humanitar məsələlərə, xüsusən də vətəndaşlarımızın dəyişdirilməsi və qaytarılmasına yönəldilib. Biz mövqelərin razılaşdırılmasında və həll olunmamış məsələlərin dairəsinin daraldılmasında irəliləyişə nail olduq", — deyə Umerov yazıb.
