Umerov danışıqların detallarını açıqladı


Ukraynanın müdafiə naziri Rüstəm Umerov Səudiyyə Ərəbistanında Rusiya ilə müharibənin sülh yolu ilə həllinə həsr olunmuş Ukrayna- ABŞ danışıqlarının detallarını açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə o öz Facebook səhifəsində məlumat verib.

Rüstəm Umerov bildirib ki, söhbət konstruktiv keçib. Xüsusilə, tərəflər enerji sektorunu əhatə edən əsas məsələləri müzakirə ediblər.

"Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifəsi dövlətimiz və xalqımız, bütün Avropa üçün ləyaqətli və davamlı sülhə nail olmaqdır. Biz bunu reallığa çevirmək üçün çalışırıq", - deyə müdafiə naziri yazıb.

Bu dəfə amerikalılarla görüşə enerji mütəxəssisləri, eləcə də dəniz və hava komponentlərinin hərbi nümayəndələri gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu