Rustem Umerov: Ukrayna və Rusiya atəşkəs rejimi ilə bağlı sənəd mübadiləsi aparacaq

Ukrayna və Rusiya atəşkəs rejimi ilə bağlı sənədlərin mübadiləsini planlaşdırır.
AFN.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov İstanbulda keçirilən danışıqların yekunları ilə bağlı brifinqdə bildirib.
Umerov qeyd edib ki, bütün üsullar müzakirə olunub və indi sənəd mübadilə mərhələsindədir: "İndi həmkarlarımız sənəd mübadiləsi aparacaq, sonra sizə məlumat verəcəyik."
Daha əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, tərəflər gələcəkdə mümkün atəşkəslə bağlı baxışlarını təqdim etmək barədə razılığa gəliblər.