Kubaya humanitar yardım aparan iki mülki gəmi yoxa çıxıb



Meksika Kubaya humanitar yardım daşıyan iki mülki gəminin yoxa çıxdığını açıqlayaraq, Karib dənizində axtarış-xilasetmə işlərinə başlanıldığını elan edib.

AFN.az xəbər verir ki, Meksika Dəniz Qüvvələri Katibliyindən verilən məlumatda "Isla Mujeres" adasından yola düşən və 24-25 mart tarixlərində Kubaya çatması gözlənilən gəmilərlə əlaqənin kəsildiyi bildirilib.

Göyərtəsində müxtəlif ölkələrdən olan 9 nəfərin olduğu qeyd edilən açıqlamada Meksika donanmasının sözügedən gəmiləri tapmaq üçün fəaliyyətə keçdiyi ifadə olunub. Məlumata görə, gəmilərlə indiyədək hər hansı bir ünsiyyət qurmaq mümkün olmayıb və Meksika dövləti müvafiq protokolları dərhal işə salıb.

Sözügedən gəmilər Kubadakı iqtisadi tənəzzül və ABŞ-ın tətbiq etdiyi neft embarqosu fonunda adaya humanitar yardım çatdırmaq məqsədilə təşkil edilmişdi. Gəmilərdə 2 qadın, 6 kişi və 3 yaşlı bir qız uşağının olduğu bildirilir.

Axtarış işləri zamanı "Isla Mujeres" ilə Havana arasındakı təxmini marşrut, hava şəraiti və dəniz cərəyanları nəzərə alınır, həmçinin bölgədəki digər ticarət və balıqçı gəmilərinə dəstək çağırışı edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu