Merts: Yanacaq qiymətlərinə qarşı tədbirlər aprelin 5-dək qüvvəyə minəcək
Almaniya kansleri Fridrix Merts hökumət tərəfindən yanacaq qiymətlərinin artımına qarşı qəbul edilmiş tədbirlərin aprelin 5-dək (katolik Pasxasına qədər) qüvvəyə minəcəyini gözləyir.
AFN.az xəbər verir ki, kansler bu barədə özünün X sosial şəbəkə hesabında yazıb. "Yüksək yanacaq qiymətləri bir çox vətəndaşı narahat edir — biz hərəkətə keçirik", — deyə Merts bildirib.
Yeni qaydalara əsasən, yanacaqdoldurma məntəqələri qiymətləri gündə yalnız bir dəfə, saat 12:00-da artıra biləcəklər. Bu qaydanı pozanları 100 min avroyadək cərimə gözləyir. Qiymətlərin endirilməsinə isə gün ərzində məhdudiyyət qoyulmur. Eyni zamanda, antiinhisar qanunvericiliyi sərtləşdirilir; şirkətlər qiymət artımının obyektiv əsaslara malik olduğunu sübut etməli olacaqlar. Qeyd edək ki, martın 10-da Almaniyada E10 benzininin litri 2022-ci ildən bəri ilk dəfə 2 avronu keçib.

