Husilər müharibə başlayandan bəri ilk dəfə İsrailə raket atıb
Yəməndəki İran tərəfindən dəstəklənən husilər müharibənin başladığı 28 fevraldan bəri ilk dəfə İsrailə raket atdıqlarını açıqlayıblar.
AFN.az xəbər verir ki, bu barədə məlumat husilərin rəsmi kanalları vasitəsilə yayılıb.
Raket hücumu nəticəsində ölən və ya yaralananların olmadığı bildirilir.
Husilər İsrailə qarşı həyata keçirilən bu hücumların bölgədəki infrastruktur obyektlərinə edilən zərbələrə cavab olaraq gerçəkləşdirildiyini və məqsədlərinə çatana qədər bu cür addımların davam edəcəyini bəyan ediblər.

