BƏƏ İranı Körfəz ölkələrinə kompensasiya ödəməyə çağırdı


İranın Fars körfəzi ölkələrinin ərazilərinə endirdiyi zərbələr ətrafındakı vəziyyətin hər hansı siyasi nizamlanması hücum etməmək zəmanətini və hücumlar nəticəsində dəymiş maddi ziyana görə kompensasiyaların ödənilməsini ehtiva etməlidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş özünün X hesabında yazıb.

"İranın ərəb Körfəzi dövlətlərinə qarşı təcavüzünün nizamlanmasına yönəlmiş istənilən siyasi həll gələcəkdə bu növ hücumların təkrarlanmasını önləyən aydın zəmanətləri özündə birləşdirməli, hücum etməmək prinsipini təsbit etməli, habelə İran tərəfindən mülki və həyati əhəmiyyətli obyektlərə, eləcə də dinc əhaliyə endirilən zərbələrə görə kompensasiyaların ödənilməsini nəzərdə tutmalıdır", - deyə o, bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu