SEPAH Bəhreyn və BƏƏ-də iki alüminium zavoduna zərbələr endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son sutka ərzində BƏƏ və Bəhreyndə ABŞ-ın müdafiə sənayesi ilə əlaqəli olan iki alüminium zavoduna zərbələr endirdiyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Bildirilir ki, raket və pilotsuz uçuş aparatlarının zərbələrinə BƏƏ-dəki "Emirates Global Aluminium" müəssisəsi və Bəhreyndəki "Aluminium Bahrain" (Alba) obyekti məruz qalıb.
Bundan əvvəl "Emirates Global Aluminium" şirkəti Əbu-Dabidəki müəssisəsinin İranın raket və PUA hücumu nəticəsində ciddi zədələndiyini, 5 əməkdaşın yaralandığını xəbər vermişdi.
