SEPAH regiondakı ABŞ bazalarında silah anbarlarına zərbələr endirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 86-cı hücum dalğası zamanı İraq, Küveyt və Səudiyyə Ərəbistanındakı Amerika hərbi bazalarının infrastrukturuna və silah anbarlarına zərbələr endirib.
AFN.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinin bəyanatında deyilir.
"Raketlər və pilotsuz uçuş aparatları vasitəsilə ABŞ-ın İraqdakı "Viktoriya", Küveytdəki "Arifcan" və Səudiyyə Ərəbistanındakı "Əl-Xarc" bazalarındakı infrastruktur və silah anbarları vurulub", - deyə mətndə qeyd olunur.

