BƏƏ: Dubay limanında neft tankerindəki yanğın söndürülüb


Dubay əmirliyinin rəhbərliyi limanda zərbəyə məruz qalan Küveytə məxsus neft tankerində baş vermiş yanğının söndürüldüyünü açıqlayıb.

AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, rəsmi məlumatda bildirilir ki, yanğınsöndürənlər alovu uğurla lokallaşdırıblar və hazırda xilasedicilər vəziyyəti qiymətləndirərək zəruri təhlükəsizlik tədbirləri görürlər. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, "Al Jazeera" telekanalı İranın Dubay limanında neftlə dolu Küveyt tankerinə zərbə endirdiyi barədə xəbər yaymışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu