Marko Rubio: ABŞ-ın İranla müharibəsində artıq "finiş xətti" görünür


ABŞ-ın İrana qarşı hərbi əməliyyatı başa çatmaq üzrədir və münaqişənin sonu artıq yaxınlaşır.

AFN.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz artıq finiş xəttini görürük. Bu, bu gün və ya sabah baş verməyəcək, lakin həmin an mütləq gələcək. Hərbçilərimizin missiyanın bütün məqsədlərinə çatacağı məqama yaxınlaşırıq", — deyə Rubio bildirib. Onun sözlərinə görə, Vaşinqton İranın hərbi hava və dəniz qüvvələrinin, müdafiə sənayesi kompleksinin, eləcə də raket qurğularının məhv edilməsi qrafikini qabaqlayır.

Pentaqon rəhbəri Pit Heqset də jurnalistlərə açıqlamasında növbəti bir neçə günün hərbi əməliyyatlar üçün həlledici olacağını vurğulayıb: "Bizim seçimlərimiz çoxalır, İranın isə azalır. Artıq şərtləri biz diktə edirik".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu