2026 Dünya Çempionatının 48 komandası bəlli oldu



ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi 2026-cı il FİFA Dünya Çempionatında iştirak edəcək 48 komandanın siyahısı tamamlanıb.

AFN.az xəbər verir ki, qitələrarası pley-off finallarında qalib gələn Konqo Demokratik Respublikasıİraq turnirə vəsiqə qazanan sonuncu komandalar olublar.

Pley-off finalında Yamaykanı 1-0 hesabı ilə məğlub edən Konqo Demokratik Respublikası 1974-cü ildən bəri ilk dəfə mundiala qatılacaq. İraq isə Boliviyanı 2-1 yenərək çempionat biletini alan 48-ci komanda kimi tarixə düşüb. Avropa zonasından isə Türkiyə ilə yanaşı, İsveç, Çexiya və Bosniya və Herseqovina da turnirdə iştirak hüququ əldə ediblər.

Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək 23-cü Dünya Çempionatının qrupları aşağıdakı kimi formalaşıb:

A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya;
B qrupu: Kanada, Bosniya və Herseqovina, Qətər, İsveçrə;
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya;
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə;
E qrupu: Almaniya, Kurasao, Kot-d'İvuar, Ekvador;
F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis;
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya;
H qrupu: İspaniya, Yaşıl Burun Adaları, Səudiyyə Ərəbistanı, Uruqvay;
I qrupu: Fransa, Seneqal, İraq, Norveç;
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya;
K qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, Kolumbiya;
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama.

Turnir 11 iyun - 19 iyul tarixləri arasında təşkil olunacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu